beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiy küftə resepti

Tərkibi:
Dana qiyməsi (bir neçə dəfə çəkilmiş) 250 qr
Bulqur 400 qr
Bibər tomatı 2 x/q
Pomidor tomatı 1 x/q
Baş soğan 2 ədəd
Sarımsaq 5 diş
Duz – istiot
Cəfəri yarım dəstə;
Yaşıl soğan (ancaq yaşıl hissələri) yarım dəstə.

Hazırlanması:
Baş soğanla sarımsaq xırda-xırda doğranılır, üzərinə bibər və pomidor tomatlarını, eləcə də qiyməni töküb, yoğurmağa başlayın.
Bulquru da əlavə edib, arada az miqdarda su tökərək, yoğurmağa davam edin.
Sonra doğranmış cəfəri, yaşıl soğan və duz-istiotunu vurun. Azca su əlavə edib, son dəfə yoğurun.

Qeyd: Çiy küftəni hazırlayan zaman istifadə edəcəyiniz su 2 stəkanı keçməməlidir. Çiy küftələrə forma verərək, süfrəyə təqdim edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:38 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Dünya mətbəxi