beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mantı

Tərkibi:
1 kq mal əti
2 kq soğan
1 kq un
300-400 q quyruq (mal) - istəyə görə (yağsız xoşlayırsınızsa, 200 q götürün)
duz
istiot
reyhan - istəyə görə
Hazırlanması:
Unu ələyin. Masanın üstündə təpəcik qurun. Ortasında çuxur açın.Buraya su əlavə edib ehtiyatla yoğurmağa başlayın. Lazım olduqca su əlavə edin. Sona yaxın əllərinizi isladıb xəmiri ətləyin.Yoğrulmuş xəmiri plyonkaya büküb otaq temperaturunda 1 saat saxlayın.Bu müddətdə iç hazırlayın.Əti çox xırda doğrayın. Çalışın, toxumaların eninə kəsəsiniz.
Quyruğu da eyni qaydada doğrayın. Eyni böyüklükdə də soğanı doğrayın. Hamısını duz və ədviyyatla qarışdırın.
Gəlmiş xəmiri yenə ətləyin. Yumşaq, gözəl, elastik xəmir alınmalıdır.
Kündələr tutun. Bunları uzun boru formasına salın.
Bunları 11-12 qramlıq hissələrə bölün (təxminən 2,5-3 sm enində). Üzərinə un səpin, üstünə plyonka çəkin.
Sonra bir-bir çıxarın, un səpilmiş masanın üstünə qoyun, əlinizlə basdalayın. Yastılayandan sonra oxlovla 10 sm diametrdə yayın.Mantı qazanını yağlayın.Mantını bükməyə başlayın.Əlinizi yumruq kimi düyün. Üst hissəsinə yaydığınız xəmiri qoyun.Baş və şəhadət barmağınızı azca aralayın. Xəmirin ortasına iç qoyun. Barmağınızla içi azca basdalayın.
Şəhadət barmağınızı xəmirin kənarına basın, orta və baş barmaqlarınızla isə xəmiri şəhadət barmağınıza tərəf ötürməklə «qırçın» yığın.«Qırçın»ları birləşdirin.Mantını çevirin, eyni prosesi təkrarlayın.Lazım gəlsə, içi barmağınızla içəri doğru basın. Sonra şəhadət barmağınızla öndəki çıxıntını basın, o biri üzdəki çıxıntı da öz-özünə içəri basılacaq.
Bundan sonra baş və şəhadət barmaqlarınızla sadəcə mantının yuxarı hissəsini möhkəm sıxın. İçini az eləməyin.Mantı buxarda ən azı 15 dəqiqə bişir. Mantını qazandan ehtiyatla götürmək lazımdır ki, xəmiri cırılıb içində əmələ gələn suyu tökülməsin.Süfrəyə qaymaq, xama, qatıqla verə bilərsiniz.
Nuş olsun!


Tarix: 29.11.2014 / 14:37 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Dünya mətbəxi