beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hülya Avşar

Hülya Avşar (d. 10 oktyabr 1963) — məşhur Türkiyə müğənnisi və aktrisası.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
2.1 TV Serialları
2.2 Kinoları
3 İstinadlar
4 Xarici keçidlər


Həyatı

Hülya Avşar 10 oktyabr 1963-cü ildə Edremit Balıkəsirdə anadan olub. Boyu 162 sm-dir .[1] Əslən Ərdəhanlı avşarlar nəslindəndir. Hülya Avşar öz şəxsi veb səhifəsində aşağıdakı məlumatları qeyd edir[2] ;

"10 Ekim 1963 Edremit doğumluyum. Babam Ardahanlı Avşar aşiretine mensup Celal Avşar, annem Egeli Emral Avşar. Memur bir ailenin en büyük çocuğuyum. Benden 1 yıl sonra ilk kız kardeşim Leyla, 14 yıl sonra da ikinci kız kardeşim Helin dünyaya geldi. Anne tarafım Balıkesir, Havran, Ayvalık kısımlarına yerleşmiş bir aile. Babamın memuriyetinden dolayı, annemle babam evlendikten sonra bir süre Edremit'te bulunmuşlar. Dolayısıyla ben Edremit'te doğmuşum. Avşar aşiretinin kızı olduğum için aile içinde Kürt ve Türk gelin damat alıp verme meselelerinden dolayı, bir dil karışması olmuş. Bizim ailemizde, babam ve babaannem daha çok Kürtçe konuşuyordu. Onların dilinde benim adım "Malakan Curri" idi. "Sarışın" anlamına geliyor."

Kiçik yaşda Mehmet Tecirli ilə evlənməsi sonda boşanma ilə nəticələndi. Bulvar Gazetesi-nin təşkil etdiyi "Kâinat Güzellik Yarışması"nda birinci yerə seçildi (1982), lakin evli olduğu məlum olduqda tacı geri alındı.

1983-cü il Avşarın həyatında dönüş nöqtəsi idi. Fikret Hakan və Salih Güney ilə birlikdə baş rolda oynadığı "Haram" filmi ilə öz kariyerasına başladı. Berlin in Berlin filmindəki aktrisalıq məharəti ilə Moskva Film Festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görüldü.

Daha sonra musiqi təhsili alan Hülya karyerasını Türkiyədaxili və Türkiyəxarici konsertlər, 6 albom və bir single ilə davam etdi. 2000-ci ildə Türkiyənin Kral TV-si tərəfindən təşkil olunmuş ilin musiqi mwkafatlarıdan ən yaxşı qadın müğənni adına layiq görüldü. Daha sonralar Hülya Avşar çox məşhur şou aparıcısı olaraqda fəaliyyətini davam etdirdi.

Kaya Çilingiroğlu ilə olan evliliyindən Zehra adında bir qızı var. Cütlük 2005-ci ildə boşandı.

Filmoqrafiya

TV Serialları
"Zümrüd" (2004)
"Qadın İstərsə" (2004)
"Savunma" (2000)
"Ah Bir Zəngin Olsam" (1998)
"Super Ulduz" (1995)
"Sevginin Gücü" (1993)
"Qadın Sevərsə" (2006)

Kinoları
Hababam Sınıfı Askerde (2004)
Kalbin Zamanı (2004)
2 Genç Kız (2004)
Yeşil Işık (2001)
Salkım Hanımın Taneleri (1999)
Bir Kadının Anatomisi (1995)
Berlin in Berlin (1993)
Hasan Boğuldu (1990)
Benim Sinemalarım (1990)
Fazilet (1989)
Fotoğraflar (1989)
Öğretmen Zeynep (1989)
Melodram (1988)
Hülya (1988)
Aşıksın (1988)
Ziyaret (1987)
Alamancının Karısı (1987)
Geri Dön (1987)
Çil Horoz (1987)
Bir Kırık Bebek (1987)
Yarın Yarın (1987)
Mavi Melek (1986)
Sevda Ateşi (1986)
Alın Yazım (1986)
Aşk Hikayemiz (1986)
Kısrak (1986)
Üç Halka 25 (1986)
Dağlı Güvercin (1986)
Uzun Bir Gece (1986)
Fatmagül'ün Suçu Ne (1986)
Paranın Esiri (1985)
Suçlu Gençlik (1985)
Tapılacak Kadın (1985)
Sekreter (1985)
Mavi Mavi (1985)
Ölüm Yolu (1985)
Tele Kızlar (1985)
Nefret (1984)
Ayşem (1984)
Güneş Doğarken (1984)
Kaptan (1984)
Yabancı (1984)
Ömrümün Tek Gecesi (1984)
Tutku (1984)
Karanfilli Naciye (1984)
Çelik Mezar (1983)
Haram (1983)
Kahır (1983)


Tarix: 21.01.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 895 Bölmə: Bəstəkarlar Və Müğənnilər