Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbinə Babayeva

Səbinə Babayeva — Azərbaycan müğənnisi, Azərbaycanın 2012 Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçisi.

Həyatı

İlk illəri

Səbinə Eldar qızı Babayeva 1979-cu ildə 2 dekabr tarixində Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlayıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasının tərkibində Asəf Zeynallı adına Musiqi Kollecinə vokal sinifinə daxil olur. Burada o xalq artisti Natəvan Şeyxovadan dərs alır. Kolleci bitirdikdən sonra Səbinə Babayeva bir çox musiqi konkurslarında Azərbaycanı uğurla təmsil edir. 2003-cü ildə isə o "Bəyaz həyat" serialının saundtreki olan "Röya kimi" mahnısını ifa edir və geniş tamaşaçı kütləsinə tanınır. Daha sonrakı illərdə Səbinə caz janrında mahnılar ifa edir və "Bakı Jazz Mərkəzi"ndə çalışmağa başlayır. 2010-cu ildə Səbinə Babayeva "Notre Dam De Paris" müziklində rol alır. Hal-hazırda Bakı Jazz Mərkəzində çalışır.

Avroviziya

Həmçinin bax Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində

Səbinə Babayeva 2008-ci ildən etibarən Milli Seçim Turlarına qoşulub lakin qalib gələ bilməyib. 2010-cu ildə Səbinə 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün yenidən milli seçim turlarına qoşulmuşdur. Beşinci həftədə mübarizə aparan Səbinə 8 xalla 3-cü yeri tutdu. 2011-ci ildə Səbinə beşinci dəfə milli seçimlərdə iştirak etdi. 7-ci həftənin qalibi olan Səbinə Babayeva, yarımfinalda da qalib gələ bildi. 12 fevral tarixində Heydər Əliyev adına Sarayda keçirilən milli finalda Səbinə qalib gəldi və Azərbaycanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazandı. 17 mart tarixində Səbinə Babayevanın ifa edəcəyi When the Music Dies mahnısının təqdimatı keçirildi.


Tarix: 12.01.2013 / 16:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 499 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...