Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fikrət Əmirov

Fikrət Əmirov (22 noyabr, 1922-ci il, Gəncə- 20 fevral, 1984-cü il, Bakı) – görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti (1965), SSRİ Dövlət Mükafatı laureatı (1949, 1980).

Həyatı

Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirmişdir. Gəncə (1942-43) və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniylarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-59) vəzifələrində çalışıb.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir.

F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur.(əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur). O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaratmışdır. F. Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.

Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.

F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. "Fortepiano üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki gözəl deyildim" və digər filmlərə maraqlı musiqi bəsləmişdir.

2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa etmişdir.

Filmoqrafiya
80 kilometr yerin altı ilə (film, 2002) (qısametrajlı sənədli film) (ANS tv)
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(musiqisindən istifadə edilən bəstəkar)
Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film)(Aztv)-musiqisindən istifadə edilən bəstəkar
Aktrisanın təbəssümü (film, 1974)
Arşın mal alan (film, 1965)
Azərbaycan elləri (film, 1976)
Bəxtiyar Vahabzadə (film, 2003)
Bir ovuc torpaq (film, 2009)
Böyük dayaq (film, 1962)
Cümhuriyyətə doğru üç addım (film, 2008)
Fikrət Əmirov (film, 1985)
Firəngiz (film, 1975)
Gülüstan bayatı-şiraz (film, 1972)
Həqiqətin özü (film, 2008)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Hər şey olduğu kimi. Əminə Dilbazi (film, 2000)
Həsən Abdullayev xatirələrdə... (film, 2007)
Maestro Niyazi (film, 2007)
Mən ki gözəl deyildim (film, 1968)
Mətbuat fədaisi (film, 2007)
Mücadilə. Birinci hissə. İstiqlalın beşiyi (film, 2006)
Mücrü (film, 1973)
Muğamat var olan yerdə... (film, 2009)
Nəfəs alətləri (film, 2004)
Nəğməkar torpaq (film, 1981)
O olmasın, bu olsun (film, 1956)
Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977)
Ömrün səhifələri (film, 1974)
Prima (film, 1992)
Qəmbər Hüseynli (film, 2007)
Salam, Zeynəb! (film, 1982)
Səhər (film, 1960)
Sevil (film, 1970)
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
Şur (film, 1967)
Üfüqü ötənlər (film, 2011)
Üzeyir ömrü (film, 1981)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)


Tarix: 11.01.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1150 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...