Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar Qasımov

Eldar Qasımov — azərbaycanlı müğənni, Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda "ilin adamı" (2011).

Həyatı

Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində dünyaya gəlmişdir. Ata xətti ilə ulu nənəsi - SSRİ-nin xalq artisti Mərziyyə Davudova, ulu babası - aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR-nin əməkdar artisti Abbas Mirzə Şərifzadə, nənəsi - Azərbaycan SSR-nin xalq artisti Firəngiz Şərifovadır.

1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil almışdır. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil almış və məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlmişdir. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşamışdır. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənmişdir. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olmuşdur. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil almışdır. Universiteti qırmızı diplomla bitirmiş, 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşdur.


Tarix: 12.01.2013 / 16:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 416 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...