Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacıbaba Hüseynov

Hacıbaba Hüseynov - məşhur Azərbaycan xanəndəsi.

Həyatı

Hüseynov Hacıbaba Hüseynəli oğlu 3 mart 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. Hacıbaba Hüseynov ruhani ailəsində böyümüşdür. Erkən yaşlarından güclü hafizəi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək, qəzəllər yazmağa başlamışdır.

Yaraıcılığı
Tədricən muğam və təsniflər oxumağa başlamışdır. Onun səs diapozonu o qeder geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi.

Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzalşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir.

O, muğam ustadlarının ənənələrindən bəhrələnərək, bu sənətdə öz dəsti-xəttini yaratmağa nail olmuşdur. Uzun illər Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demiş, xanəndələr yetişdirmişdir. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.sssssssssssssssss

Onun yazdığı məşhur qəzəl

Muğamat var olan yerdə

Yaranmışdır muğamatım əcəbdir şux qəzəllərdən,
Qəzəllər ixtilat eylər qara gözlü gözəllərdən,
Gözələr imtina etməz bu sevdaya dözənlərdən,
Həmişə şad olar dillər kamança, tar olan yerdə.
Sədayi müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.

Muğamat olmasa rövnəq gələrmi bəzmi irfanə,
Məqami eşqdə şəmdir, mən ol şəmə pərvanə,
Əyər rişxəndilər etsə bizə hər naşi biganə,
Yəqindir qoymazdığ gəzsin çəmən gülzar olan yerdə.
Sədayi müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.

Bütün xalq musiqisində bu dəsgahdan əlamət var,
Tamamən mahnı təsnifdə bu babətdən şərafət var,
Bunu dərk etməyənlərdə yəqin ey dil qəbahət var,
Amandır qoymayın bülbülü ötsün xar olan yerdə.
Sədayi müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.

Gərəkdir xalq arasında muğamatım sədalansın,
Muğamatın sədasından sevən dostlar səfalansın,
Nəvası şuri şəhnazın deşur ilə nəvalansın,
Qəmin olmaz sənin Hacı qəmər, qəmxar olan yerdə,
Sədayi müsiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə.


Tarix: 12.01.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 790 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...