Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firəngiz Əlizadə

Firəngiz Əliağa qızı Əlizadə (28 may, 1947 Bakı) – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1990), professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2000)

Həyatı

Firəngiz Əlizadə Azərbaycan Dövlət Konservatoriyasını (1970, U.Xəlilovun fortepiano sinfini, 1972; Q.Qarayevin bəstəkarlıq sinfini) bitirmişdir. Fortepiano sonatasının (1970), fortepiano ilə ork. üçün konsertin (1972), simli kvartet (1974), simfoniya (1976), "Vətən haqqında nəğmələr" oratoriyası (N.Xəzrinin sözlərinə), violonçel ilə fortepiano üçün "Habilsayağı" (1979), orqan üçün fantaziya (1982), "Ağ atlı haqqında əfsanə" rok-operası (1985), "Üç akvarel" vokal silsiləsi (N.Rəfibəylinin sözlərinə), simli kvartet üçün "Dilogiya-1" (1988), "Dilogiya-II" (1989), "Boş beşik" (1993) baletinin, "Dərviş" (Nəsiminin sözlərinə, 2000) əsərinin, kinofilmlərə musiqi və s.-nin müəllifidir. Bir çox müasir musiqi festivallarında iştirak etmişdir (İtaliya, İsveç, Qərbi Berlin, Meksika, ABŞ, İngiltərə, Hollandiya). 20 əsr bəstəkarlarından A.Şönberq, A.Berq, O.Messian, C.C.Keys, A.Şnitke, S.Qubaydulina, E.Denisov, V.Silvestrov və b.-nın, həmçinin öz əsərlərini pianoçu kimi böyük ustalıqla ifa edir. 1970 ildən Azərb. Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Ə. 1990 ildən Azərb. Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibidir.

ƏSƏRLƏRİ
İ.Takubokunun sözlərinə 3 ifaçı – soprano, fleyta, piano/vibrafon/çelesta üçün vokal silsilə (1990);
Piano üçün 2 saylı Sonata (1990);
2 ifaçı – klarnet və vibrafon /çelesta/ üçün "Crossing-I" /"Çarpazlaşma-I"/ (1991);
11 ifaçı üçün "Crossing-II" /"Çarpazlaşma-II"/ (1992);
"Boş beşik" – iki pərdəli Balet /Nicat Cüməlinin poeması əsasında/ (1993);
Simli kvartet, zərb alətləri və sintezator üçün "Muğam-sayağı" (1993);
Solo-Gitara üçün "Fantaziya" (1994);
N.Hikmətin sözlərinə bariton, xor və kamera ansamblı üçün "Ölməzliyə səyahət" (1997);
Ud və kamera ansamblı üçün "Miraj" /"İpək yolu" silsiləsindən/ (1998);
Fleyta, iki gitara və zərb alətləri üçün "Azərbaycan pastoralı" (1998);
Simfonik orkestr üçün "Sturm und Drang" (1998);
solo-Violonçel üçün "Eşq havası" /"İpək yolu" silsiləsindən/ (1998);
Simli kvartet və maqnit yazısı üçün "Oazis" /"İpək yolu" silsiləsindən/ (1999);
Zərb alətləri və kamera orkestri üçün "Silkout road" Konserti (1999);
Müəllifin sözlərinə soprano və kamera ansamblı üçün "İtirilmiş zaman axtarışında" (1999);
A.S.Puşkinin sözlərinə tenor və simli kvartet üçün "Vlasth krasotı" Romansı (1999);
N.Xikmətin sözlərinə bariton, xor və simfonik orkestr üçün "Ölümsüzlüyə yolculuq" Oratoriyası (1999);
Azərbaycan şairlərinin və Y.V.Qotyenin "Şərq-Qərb Divanı" poemasından sözlərinə kiçik həcmli xor, orqan, arfa və zərb alətləri üçün "Gottes ist der Orient" /alman və azərb. dil./ (2000);
Qiraətçi, solo-violonçel və ansambl üçün "Dərviş" Septeti (2000);
Piano /prepare/ və simli kvartet üçün "Abşeron" Kvinteti (2001);
Vokal kişi kvarteti üçün "Bayatılar" (2001); İki arfa və maqnit. yazısı üçün "Deyişmə" (2001);
Marimba və simli orkestri üçün Konsert (2001).

Kitablar:
Qara Qarayev fotoalbomu /Q.Qarayevin 80-illiyinə həsr edilib/ (azərb., ing. və rus dillərində). B., 1997;
Azərbaycanın simfonik musiqisi. B., "Şur", 1998.

Filmoqrafiya
Əbədiyyət yolu (film, 1987)
Əlaqə (film, 1989)
Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999)
Gələcəyin qurucuları (film, 1982)
Həyat mübarizədir (film, 1987)
İlk zirvələr (film, 1988)
İntizar (film, 1986)
Səfillər (film, 1985)
Son söz (film, 1981)
Spartakiadanın startları (film, 1983)
Şeir mənim üçün bir kainatdır (film, 1984)


Tarix: 11.01.2013 / 14:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 828 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...