Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Araş (müğənni)

Araş Ləbaf - müğənni.

Həyatı

Araş Ləbaf 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Əslən azərbaycanlı olduğunu bildirsə də[1][2][3] [4] öz rəsmi internet səhifəsində fars mədəni irsinin daşıyıcısı kimi təqdim olunur[5] və Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk fars olduğu bildirilir.[6]

10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə, 5 il sonra isə Malmöyə köçüb.

Araşın əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə[7] anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.[8] Bu fikirlər GAMOH tərəfindən səsləndirilir.

35 yaşlı Araş hazırda Malmödə yaşayır. Bəstəkar, prodüser və müğənni kimi ixtisaslaşıb. Dayvinq, basketbolla maraqlanır, şlyapa kolleksiyası toplayır. 2004-cü il sentyabrın 22-də farscadan tərcümədə "Get-get" mənasını verən "Boro-boro" adlı ilk sinqlını çıxarıb. Sinql qısa müddət ərzində İsveçdə birinci yeri tutub. 2005-ci ildə Araşın öz adını daşıyan "Arash" albomu dünyanın məşhur musiqi kanalı MTV-də ən çox izlənən musiqilər sırasına daxil olub. Müğənninin elektronik musiqini, roku, hip-hopu və balladanı özündə cəmləşdirən "Dünya" (World) layihəsi ona bir az da çox uğur gətirib. Almaniyanın Kann şəhərində keçirilən festivalın qalibi olan Araş həmin il Fransada düzənlənən "İnternational Music Market" müsabiqəsində də İsveçin ən yaxşı debütant musiqiçisi seçilib. 2006-cı ildə Rusiyada "Grammys" mükafatını alan Araş bu ölkədə ən məşhur xarici müğənni hesab edilir. İsveç, Avstriya, Almaniya, Polşa, Rusiya, Ukrayna, Türkiyə, Çexiya, İsrail, Tacikistan, Gürcüstan, Serbiya, Xorvatiya, Yunanıstan və Bolqarıstanda onun mahnıları "top" siyahılarında yer alır. Ümumilikdə 35 ölkənin musiqi kanallarında Araşın mahnıları yayımlanır. 2006-da Araş, DJ Alligator və Şahkar Bineşpacuh 2006 FİFA Dünya Kubokunda çıxış edən İran milli futbol komandasına "Iran, Iran" mahnısını həsr etdilər. DJ Alligator Araşin 2006-da ifa edilən bir sıra mahnılarını da bəstələmişdir.

Araş 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçiləri Aysel Teymurzadənin və özünün ifa etdiyi "Always" mahnısının müəllifidir.

Yaradıcılıq

Ən böyük konsertləri Almaata (Qazaxıstan) və Şetsin (Polşa) şəhərlərinin açıq stadionlarında baş tutub. Qapalı konsert salonlarından isə Moskvanın "Olimpiyski" idman kompleksində iki dəfə şou-proqramla çıxış edib. Bütün dünyada albomu böyük tirajla satılır.

Sinql və albomları
"Temptation" (Rebecca Zadig ilə duet)
"Yalla"
"Tike-tike kərdi", "Ey yar begu"
"Bombay Dreams"
"Mən o to"
"Bəskon"
"Music Is My Language"
"Salamati"
"Behnaz"
"Çori çori" (Aneela ilə duet)
"Boro boro" (2004)
"Araş Araş" (2005)
"Crossfade" (2006)


Tarix: 12.01.2013 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 483 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...