Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyaməddin Musayev

Niyaməddin Musayev (1 may 1940, İmişli) — müğənni, aktyor. Filmlərdə mahnı ifa edən.

Həyatı

Niyaməddin Musayev 1940-cı il mayın 1-də Imiwli rayonunda anadan olub. Bünyadzadə adına Azərbaycan Dövlət Milli İqtisadiyyat İnstitutunun İqtisad Fakultəsini bitirib. Bir müddət Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1957-ci ildən professional səhnədədir. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi, 1991-ci ildə Naxçıvan əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə təltif edilib. 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəridir.

Ailə həyatı

Müğənni il yarım əvvəl uzun illərdir, birgə yaşadığı həyat yoldaşı ilə boşanmağa qərar verib


Tarix: 13.01.2013 / 13:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...