Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Röya Ayxan

Nəcəfova Röyalə Yaqub qızı (Röya Ayxan) — azərbaycanlı müğənni.

Həyatı

Röya Ayxan 1982-ci il iyun ayının 14-də Qarabağın Ağdam rayonunda dünyaya gəlib.[1][2] Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.

Ailəlidir. 25 oktyabr 2009-cu ildə oğlu dünyaya gəlib[3]. Röya oğlunun adını Hüseyn qoyub[4].

Kliplər
Yalan sözlər
Qatar
Bilərsənmi
Röyan olum
Nazlı yarım
Ayrılıq olmayaydı
Söylə
Qovuşmaz yolumuz
Cücə
Darıxmışam
Gəl danış
Deyin ona
Nazlı
Gəlmədin
Həsrət nəğməsi
De niyə
Sən oldun
Aldatma
Dön gəl
Yenə yaz gələcək
Mən danışıram rəqsdən
Xatirələr
Dostumsan yoxsa sevgilim
Sənə görə
Sən və mən
Solğun günlər
Ulduz nağılı
Təkcə səni
Evlisən
Agla
Unutmaq istedim
Ay Urek


Tarix: 13.01.2013 / 13:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 526 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...