Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brilliant Dadaşova

Dadaşova Brilliant Süleyman qızı (15 sentyabr 1965, Bakı, Azərbaycan SSR, SSRİ) — müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (1998)[1]; Azərbaycan Respublikasının xalq artisti (2008)

Həyatı

Brilliant Dadaşova 15 sentyabr 1965-cu ildə Bakı şəhərində anadan olub. Onun anası məşhur Azərbaycan qarmon ifaçısı, 1964-cı ildə avtomobil qəzasında həlak olmuş Qızxanım Dadaşovadır. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin o ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başladı. Sovet İttifaqı dağıldıgdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova oldu. O, Rusiyanın ən iri iki şəhərində - Moskvada və Sankt-Peterburqda çıxış etdi. 1994-cü ildə "Sevəcəyəm" adli musiqi albomu çıxır. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olur. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxır. 1998-ci ildə "Dərdimdən öləcəksən" adlı disk çıxır.

1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi. 1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbayıl rayon bələdiyyəsinə üzv seçildi. 2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın Space TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparırdı. Hazırda müğənni musiqi istedadı olan gənclərə karyera qurmaqda yardımçı olan "Akademiya" layihəsində iştirak edir. 2008-ci ildə Brilliant Dadaşovanın iki diskdən ibarət "Masal Dünyam" adlı musiqi albomu çıxır. Bu albom Türkiyədə yazılır və çox uğurlu olur. Həmin il Brilliant Dadaşova Azərbaycanın xalq artistı fəxri adına layıq görülür.

Ailəlidir, bir oğlu var. Həm Azərbaycan həm də Türkiyə vətəndaşıdır.
Filmoqrafiya
Yaramaz (film, 1988)
Kənar adamlar (film, 1992)
Haray (film, 1993)
Bir cənub kəndində (film, 1997)
Əzizə Cəfərzadə (film, 1999)
Dəvətnamə (film, 2003)
Maraqlı faktlar
Boyu: 164 sm[3]
Çəkisi: 58 kq[3]
Xarici keçidlər
Official page in YOUTUBE
Brilliant Dadaşovanın şəxsi səhifəsi
Brilliant Dadaşova – "Vokaliz". Youtube.com (2001-ci ildə ilk dəfə ifa olunmuş "Vokaliz" mahnısına 2004-cü ildə çəkilən videoklip)
Brilliant Dadaşova Lyrics - Mahnı Sözlər


Tarix: 12.01.2013 / 16:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 634 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...