Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevda Ələkbərzadə

Sevda Ələkbərzadə – müğənni.

Həyatı

Sevda Ələkbərzadə 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsinə bitirmişdir. 1991-ci ildə o, "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə "Rast" qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır.

Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri almışdır. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış etmişdir.

O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişdir.

S.Ələkbərzadə 2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan "Şəbi-Hicran" layihəsi ilə Dövlət Filarmoniyasının səhnəsində solo konsert ilə çıxış etmişdir.

2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Betxovenin "Sevinc odası" əsəri S.Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edildi. Həmçinin bu əsərin sinql-diski də buraxıldı.

S.Ələkbərzadə 2005-ci ilin noyabr ayında İtaliyanın Florensiya şəhərində "İnstituto İtalyano" vokal kurslarında təcrübə keçmiş, Roma şəhərinin "Teatro-centrale" salonunda solo konsert ilə çıxış etmişdir.

Fransada keçirilən "Şərqin pop və rok musiqisi", "Radio France İnternational" müsabiqəsində iştirak edərək 350 iştirakçı qrup arasından seçilmiş 11 ən yaxşı qrup adına layiq görülmüşdür.

Sevda Ələkbərzadə İsveçrənin Bazel Konservatoriyasından təklif alıb. Belə ki, müğənni bir həftə ərzində sözügedən təhsil ocagında ustad dərsləri keçirəcək. Noyabr ayında nəzərdə tutulan səfər zamanı o, konservatoriyanın tələbələrinə müəllim edəcək.

Onu da əlavə edək ki, mügənninin tədris edəcəyi dərslər etnik caz musiqisinə həsr ediləcək. Daha sonra isə Ələkbərzadə İsveçrədə bir günlük konsert verməyi planına daxil edib.


Tarix: 12.01.2013 / 16:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...