Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xuraman Qasımova

Xuraman Qasımova – Müğənni. Aktrisa. Filmlərdə və arxiv kadrlarda iştirak edən.Həyatı

Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1976 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I-ci mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982 ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993 ildən solo oxumaq kafedrasının müdiri, 1996 ildən professor) 1994 ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professoru-dur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.

Mükafatları

1986-cı ildə Azərbaycan Respublikasının xalq artisti, 1999-cı ildə Azərbaycanın "Şöhrət" ordeni ilə və 2011-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilmişdir.

Filmoqrafiya
Gələcəyin qurucuları (film, 1982)
Həyat bizi sınayır (film, 1972)
Kədərimiz... vüqarımız... (film, 1998)
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
Maestro Niyazi (film, 2007)
Mən ki gözəl deyildim (film, 1968)
Nəğməkar torpaq (film, 1981)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Silinməyən izlər... Tofiq Tağızadə (film, 2011)
Ürəkdən ürəyə (film, 2007)
Üzeyir ömrü (film, 1981)
Zəng (film, 1995)


Tarix: 13.01.2013 / 13:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 503 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...