beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadir Qafarzadə

Nadir Qafarzadə - Müğənni.

Həyatı

Nadir Qafarzadə 11 fevral 1966-cı ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdu ailəlidir 2 oğlu var.

Musiqi təhsillidir, Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirmişdir.

1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olmuşdur, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İlin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar.

2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil etmişdir. Həmin ildə Rusiya Federasiyasının Müstəqillik gününə həsr olunmuş və Rusiyanın NTV kanalı ilə yayımlanan konsertində Azərbaycanı təmsil edərək çıxış etmişdir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Hər şey Qarabağ üçün" devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.

2007-ci ilin avqust ayının 24-də isə "Yaşıl Teatr Konsert Kompleksində" solo konsertilə çıxış etmişdir.26 fevral günü Moskva-da konsert verərək xalqın qınağına səbəb olmuşdur...

Türk olmadığını iddia edir...


Tarix: 13.01.2013 / 13:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Bəstəkarlar Və Müğənnilər