beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QORXUT UŞAĞINI SALAM ƏMİYNƏN

Sancıldı köksünə oxun itisi –
hayıf pozdu köynəyinin ütüsün…
Arzum yox, pulum yox, nəzir qutusu
mən nə niyyət tutum, nə salım sənə?...

Həkiməm xalatım kəfən, qəm iynəm,
qorxut uşağını Salam əmiynən…
Qollarım bağlanıb qopuz simiynən,
həə, ərə gedən qız, nə çalım sənə?

Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…
Səni həmişəlik atıb gedirəm,
işdi dönər olsam, nə alım sənə?


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Azerbaycan Edebiyyatindan