beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qizim Olsun Isteyirem

Qizim olsun, isteyirem,
Gozelliye qalanda o,
Anasi tek, gozel olsun.
Anasina oxsayarsa,
Qizim gerek, gozel olsun.
Alim onu qucagima,
Baxim onun gozlerine,
Baxmagdan doymasin gozum,
Ondan yazan her bir sozum,
Tesvir etsin gulusunu,
Men durub izleyim onun,
Asta-asta yerisini,
Ondan cekmeyim gozumu,
Xosbext hiss edim ozumu.

Qizim olsun isteyirem,
Biraz sirin, biraz seker,
Baxim onun gul uzune,
Axsamdan sehere qeder,
Durub ona baxanda her,
Sevinc dolsun ureyime,
Alib qelemi elime,
Seir yazim meleyime.

Qizim olsun isteyirem,
Heyatima gelsin qonag,
Olsun qem-kederden uzag,
Duz omrumun sonunacan,
Mene "ata" soyleyende,
Men de soyleyim ona "can",
Alib onu qucagima,
"Menim sirin qizim"-deyim,
Parlayan ulduzum deyim.

Qizim olsun isteyirem.
Omrumun ciceyi gulu,
Gozel gozu, sirin dili.
Arzularim coxdu menim,
Qizim olsa dusunerem,
Basqa derdim yoxdu menim.
Sorusmayin, axi niye?
Bunu Tanridan isteyib,
Elimi qaldirib goye,
Bir evde, bir ailede,
Iki nefer azdi deye,
Qizim olsun isteyirem.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 399 Bölmə: Azerbaycan Edebiyyatindan