beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoshbextsenmi

Ağlama dedimsə, ağlatdın məni,
Nə oldu bitirdin uca sevgini?
Məni ağlar qoydun, öldürdün məni
Mənsiz həyatında de xoşbəxtmisən?

Mənə inanmadın daim yoxladın,
Sevgimi saymadın, qürura qandın
Əmin ol sözündən, demə aldandın
Mənsiz həyatında de xoşbəxtmisən?

Bu həyat üzümə gülmədi heç vaxt
Həmişə sındırdı, yox etdi həyat
De mənsiz oldunmu sən indi rahat?
Mənsiz həyatında de xoşbəxtmisən?

Sevgidən ucadır qürurün sənin.
Nə qədər ömrü var sənin hissinin?
Qiyməti yoxmudur mənə sevginin?
Mənsiz həyatında de xoşbəxtsənmi?

Axır ki anladım heçəm mən sənə,
Sahib olammadım sənin sevginə
Mənim sualıma cavab versənə,
Mənsiz həyatında de xoşbəxtsənmi?


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 208 Bölmə: Azerbaycan Edebiyyatindan