beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalanci Dostlarim

İnandım sizlere, qelbimi verdim
Doğru axtarırdım, min yalan gördüm.
Size arxalandım, çoxaldı derdim,
Yalançı dostlarım, ne deyim size…

Şam kimi yandınız, pervane oldum,
Qış tek soyudunuz, gül kimi soldum,
Sizi derdli görüb, divane oldum,
Yalançı dostlarım, ne deyim size..

Güdaza ne qeder merdi verdiniz,
Sevinc isteyirdim, derdi verdiniz.
Mene derd çekilmiş sergi verdiniz,
Yalançı dostlarım, ne deyim size..

Melek görkeminde nadan oldunuz,
Qadan alım dedim, qadam oldunuz.
Men ele bilirdim adam oldunuz,
Yalançı dostlarım, ne deyim size...

Bir meyve vermedi dar ağacınız,
Yağdırdı üstüme qar ağacınız,
Menimçün hazırmış dar ağacınız,
Yalançı dostlarım, ne deyim size...


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 292 Bölmə: Azerbaycan Edebiyyatindan