beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏZİRİK BİR ATIN ÜSTDƏ PİYADƏ

Bu əyri dünyanın xəritəsini
yapışdır bəzək tək düz divarına…
Qələmi mıx kimi çalıb durmuşam,
asmağa şey yoxdu söz divarına.

Saqi, bu quyudu, yoxsa ki badə?..
Gəzirik bir atın üstdə piyadə…
Buğda dırmaşdırır min ildi Adəm
Həvvanın uçulmuş qız divarına.

Bir böyük ölüm ver, qoy bəsim olsun…
Çörək - daşdan çıxan nəfəsim olsun…
Hər evin xatirə lövhəsi olsun -
hər kəs mismarlansın öz divarına.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Azerbaycan Edebiyyatindan