beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgimi Bildirməyə Belə Hünərim çatmayır

İsti bir yay günündə narın yağan qar istərəm.

Su yoxdur,saralıbdır yaşıl bağlarım,nə edim,

Necə əvvəlki kimi bağlarımdan bar istərəm.

Yalnız kədər gətirir sənə sevilmək,ey könül,

Mən nə bülbül istərəm,nə rəqibi-xar istərəm.

Sevgimi bildirməyə belə hünərim çatmayır,

Qəlbini ovlamağa şahin istər,sar istərəm.

Axır bir gün canımdan bezib getməkçün dünyadan,

Bircə anda qanıma tə`sir edən mar istərəm.

Qışın oğlan çağında mən dərdindən xəstələnsəm,

Alma,armud.heyva yox,bir turşməzə nar istərəm.

Dözməyib bu dünyanın ürək sıxan kədərindən,

Dilimi lal,gözümü kor,qulağım kar istərəm.

Gözüm yoxdur heç kimin qızılında,gümüşündə

Nə lə`li-cəvahirat,nə dövləti-var istərəm.

Düşünmə bəyənmirəm sən aldığın hədiyyəni,

Belə gözəl libasın yaxasını dar istərəm.

Sevincəm,öz eşqimə sadiq qalaram həmişə,

Sevdiyim insanda da namus,qeyrət,ar istərəm.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Azerbaycan Edebiyyatindan