beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atasız Bir Qız

Təzəcə doğulmuş bir qızı düşün,
Böyüyüb, boy atmış o qızı düşün.
Sən təkcə atasız bir qızı düşün,
Sanki bir limansız gəmiyə bənzər.

Bəzən bu səbəbdən tərk edilirsən,
Elə bil günahı sən işlətmisən.
İnsanlar ciddiyə almır nədəndir,
Sanki atasızlığı özün seçmisən



Özüdə istərdi atasız qızın ,
Toyunda yanında atası olsun,
Onu qollarında hey sığallasın,
Ən yaxşı anında ona dost qalsın.

O qız indi neyləsin axı ,
Heç kimi sevməsin, ya evlənməsin,
Nədən edilibsən dünyadan məhrum?
Ən yaxşı çağlardan, sevgidən məhrum



Elçi də gəlməsin heç qapısına,
Oğlanın atası onu sevməsin,
Atası yox deyə o bəyənməsin,
Atası yox deyə şübhə də gəzsin.

Niyə belə olur atasız qızın,
Həyatı bir anda yerlə bir olur.
Sanki özü seçmiş öz taleyini ,
Günahsız olsada günahkar olur



Əlindən tutan yox, arxa duran yox,
Maskalı sifətdən ona gülən çox .
Yaxşılıq edənsə qarşılıq gözlər
Atası yox deyə çox şey də istər.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Azerbaycan Edebiyyatindan