beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DEYİRƏM QÜRBƏTDƏNƏM

Noolsun bu vətəndənəm,
noolsun bu kənddənəm.
Soruşurlar haralısan,
deyirəm Qürbətdənəm.

Bu ruh bu cannan əlbirdi,
bu sümük bu dəriynən…
Gedən ömrə ƏL eləyir
saat öz KƏFKİRİYNƏN.

Bir ağır qəzaya düşdük
bir gündə, bir saatda –
Kimi maşın altda qaldı,
kimi Allahın altda.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Azerbaycan Edebiyyatindan