beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ogurlamaq Isteyirem

İnsanların arasından
Eqidesiz adamları,
Vicdanını pula satan
nadanları
... Oğurlamaq isteyirem!

Bu torpağin günden-güne
Niye artır derdi-seri...
Dövletlerin arasından serhedleri
Oğurlamaq isteyirem!

Axı, ne iş gormüşem ki,
Oğurluq da işdi barı.
Men anamın sifetine
Vaxtsız düşmüş qırışları
Oğurlamaq isteyirem!...

Birisini yıxmaq üçün
İkisinin ülfetini,
İnsanların üreyinden
Her kinini, nifretini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki seven arasından
O üçüncü adamları
Oğurlamaq isteyirem!......


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Azerbaycan Edebiyyatindan