Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AY NARAHAT, DARIXMA

Sən mənim yolayrıcımdın,
səndən yüz yana döndüm.
Gah sağa döndüm, gah sola
və bir gün sona döndüm.

Ağla göz yaşlarınla yu –
sifətini ağ saxla…
Məni dilinin ucunda
dişindən uzaq saxla.

Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy –
başını qat, darıxma.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...