beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuna Gələcəyəm

Yaddırsa,qəlbinə ətirli bahar,
Ürəkdən sevinib,gülmək çətindir.
Ayrılıq çox eşqin taleyində var,
Söyləmək asandır,görmək çətindir...


Yaxınlaşır toy günün,öldü gümanlar belə,
Mən dərdi gizli tutdum,məni kim anlar belə...
Qopsa da,varlığımda,böyük tufanlar belə,
Söyləyib xoş arzular,sevinib güləcəyəm,Toyuna gələcəyəm.


Kor olsun qara bəxtim,bizimki bura qədər,
Səməndər həyatlıyam - can yarı,ömür hədər.
Üz gülər,dildə təbrik,könüldə qüssə-kədər,
Gül də verərək sənə,xoşbəxt ol deyəcəyəm,Toyuna gələcəyəm.


Meh getdi düşmənlərə,səmumlar əsdi mənə,
Həyat bu - üzü toydu,arxası yasdı mənə.
Başqa dərd istəmirəm,elə bu bəsdi mənə,
Bəlkə də,mən bu dərdin əlində öləcəyəm, Toyuna gələcəyəm.


Bu qəlbin qərarıdı,gərək,toyuna gəlim.
Qorxma bədduam yoxdu,etsəm,od tutar dilim.
Xoşbəxtlik yaraşandı gül ürəyinə,gülüm,
Sənin ətrinə belə oynayıb güləcəyəm,Toyuna gələcəyəm.


Yenə də güləcəyəm,qüssə məni yıxanda.
"Dərdi dərd deyil!" - deyir hər qıraqdan baxan da,
İxtiyarsız olaraq göz yaşlarım axanda,
Çəkilib bir kənara gizlicə siləcəyəm,Toyuna gələcəyəm.


Qırılsa da qürurum,dəysə də yerə başı,
Dinləməyib heç kimi dostu,qohum-qardaşı,
Bir gözümdə gülüşlər,bir gözümdə göz-yaşı
Bu bir insanlıq borcu söyləyib,biləcəyəm,Toyuna gələcəyəm.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 150 Bölmə: Azerbaycan Edebiyyatindan