beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatena Arşakiləri

Atropatena Arşakiləri – Böyük Arşakilər sülaləsinin Atropatena dövlətində hakimiyyətdə olmuş qolu.

Arşaklərin kiçik qolu Atropatenada II Artabanın oğlu Vanondan başlayaraq III Artaban və sonra gələn hökmdarlar Atropatenanın hərbi nöqteyi-nəzərdən gücləndirməyə səy göstərmişlər. Bu hökmdarlar qüvvətli ölkələrlə iqtisadi-ictimai, bəzi hallarda isə diplomatik əlaqələr yaradırdılar. Atropatena hökmdarları (e.ə. 250 – ci ildən b.e. 224 – cü ilə kimi) olan Arşakilərin kiçik qolu hakimiyyət başına gələndən öz hakimiyyətlərinin sonuna kimi öz müstəqilliklərini qoruyub saxlaya bilmişlər. Bununla belə Atropatena hökmdarlarının bəzi hallarda az miqdarda olsa belə Parfiyaya xərac verdikləri də məlumdur. Bunun müqabilində isə parflar Atropatenanın daxili işlərinə qarışmır və Atropatenanın daxili qayda-qanununa toxunmurdular. Həmçinin Atropatena şahları öz müstəqilliyini qoruyub saxlamaq məqsədiylə parfiyalılar əleyhinə romalılarla qohumluq əlaqələri yaradıb, diplomatik müqavilələr də bağlayırdılar.

Atropatenada Arşakilərin hakimiyyəti Vanondan başlamışdır. Atropatena hökmdarı III Artabanın (b.e. 10 – 40 – cı illəri) anası IV Fraatın qızı, atası isə Atropatena hökmdarı olmuşdur. Beləliklə Atropatena Arşakiləri III Artabandan başlayaraq Ermənistanda olduğu kimi, bütün İranda parfiyalıların hakimiyyətinin son dövrünə qədər hakimiyyət başında olmuşlar.

Atropatenanın Arşakilər sülaləsindən olan hökmdarları aşağıdakılardır:

Vanon
III Artaban
IV Artaban
Küdaraz Horavda Vanon (həm də Ermənistanın şahı olmuşdur)
II Pakor
II Valagez
III Valagez
IV Valagez
V Artaban
V Valagez
Eramızın 224 – cü ilində Artaban V Ərdəşir Sasani tərəfindən məğlub edilməsi ilə Atropatena Arşakilərinin hakimiyyətinə son qoyulmuşdur.


Tarix: 15.01.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎