beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəmirçili oymağı

Yayılması və yerləşməsi
Dəmirçili oymağınin yayıldığı yerlər: Qəhrəmanmaraş, Malatya, Tokat və Çorumdakı bir çox kəndlər, Azərbaycan, Gürcüstan və İran əraziləridir. Avşar elinin Salmanlı oymağının bir parçası olduğu da söylənilir.

Oymaq Diyarbəkir və Şanlıurfadakı bir çox məskənlərə ad vermişdi. Bunlardan başqa Ağqoyunlu tayfa ittifaqına da qatılmışdı. XVI əsrdə Dəmirçili oymağının bir qolunun yurdları Əlbistan, Pınarbaşı, Tarsus və Qanqalda idi. Dəmirçilinin bir bölümü Zülqədər elinin tərkibində Səfəvi dövlətinə qatılmışdı. Günümüzdə bunlar Güney Azərbaycanda Şahseven konfederasiyası içində və Quzey Azərbaycanda Qazax bəlgəsində qərar tutur.

Səfəvilər də Zülqədər qrupunda yer alan oymaqlardandır. Şah Abbas zamanında Fars bəylərbəyi Bünyad bəy bu oymaqdan idi.[1]

Dəmirçi oymağının Anadoludaki yurdları Dulkadır (Zülqədər) dövləti torpaqlarındadır. Bunlardan ən ünlüsü, Əlbistan ovasındaki Dəmirçilik qəsəbəsidir. Dəmirçilik XVI əsrdə 17 nəfərlik bir kənd idi. [2] Dəmirçili topluluğu Hurman nahiyəsinə bağlı Öyücek Ördeklü, Kürtünlü (dən Atlixanlı), Kalacık Kaya, Karacaviran kəndlərində, Zamantı qəzasının Hınzıri nahiyəsində yer alan Tərsaxan, Qaynar Pınar, Sarımbəy Viranı (keçmiş adı Əbulxeyr qışlağı) kəndlərində yurd tutmuşdu. [3] Bundan başqa Karahayıt nahiyəsindəki Geçit Höyüğü kəndində 12 nəfərlik bir Dəmirçili topluluğu vardı. [4]

Dəmirçi topluluğunun ilk yurdu, Urfa-Viranşəhir kırsalında, Ələvi ərənlərin qışlaq kəndlərinin çox olduğu yörədəydi. Topluluq, burada Dəmirçi Viranı [5] Dəmirli-i Ülya, Dəmirli-i Süfla, [6] adlı yerlərə ad vermişdi. Yerləşmələrin ardındakı viran sözü, topluluğun buranı tərk etdiyinin ifadəsidir.

Dəmirçi, Ağqoyunlu dövlətində vəzifə alan topluluqlardandır. Ağqoyunlu sərkərdələrindən Şeyx Məhəmməd Dəmirçi və Əli bəy Dəmirçi bu oymaqdandı. [7]

Günümüzdə Dəmirçilərin bir bölümü, Malatyanın Kuluncak ilçəsinin Tərsaxan (yeni adı Qonaqtəpə) kəndindədir. Bunlardan ayrılan bir qrup, Kayserinin Sarıoğlan ilçəsinin Karaözü kəndinə-qəsəbəsinə, [8] bir başqa qrup isə Malatyanın Həkimxan ilçəsinin Cüzüngüt (yeni adı Gözəlyurd) qəsəbəsinin Çermik məhəlləsinə yerləşmişdir.

Dəmirçili oymağının ən böyük qollarından biri Tatılı tayfasıdır. Tatılı tayfası Dəmirçili oymağının tərkibindən çıxıb müstəqil oymaq oldu.


Tarix: 14.01.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎