Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağzivər sultan Şamlı

Həyatı
Ağzivər sultan Dəmri sultan oğlu Şamlı elinin Bəydili oymağındandır. Durmuş xan Şamlıdan sonra I Şah İsmayıl Səfəvinin oğlu Sam mirzənin lələsi olmuşdu. Əvvəlcə Nişapurun, sonra Herat əyalətinin hakimi idi. Dəfələrlə özbəklərə qarşı vuruşmuşdu.

1532-ci ildə Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı "məzlumların əmlakını qarət etdiklərinə", xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xan Təkəlini və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylandı. Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi çahzadə Sam mirzənin atabəyi (lələsi) yerini tutmaqla Xorasan hakimi təyin olundu.

1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu. Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzıvar sultan mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Onun qiyamında istər-istəməz hamisi olduğu şahın qardaşı Sam mirzə də iştirak etdi. Qiyamçılar Herat şəhəri sakinlərinin əmlakını qarət etdilər. Sonra isə o zaman Böyük Moğollardan olan Şah Humayunun tabeliyindəki Qəndəhar şəhərini ələ keçirmək məqsədilə yürüşə başladılar. Qalanın iki aylıq uğursuz mühasirəsindən sonra Hümayunun qardaşı Kamran mirzə iyirmi minlik qoşunla mühasirədə olanların köməyinə gəldi. Düşmənin üstün qüvvələri ilə döyüşdə qiyamçılar darmadağın edildilər. Ağzıvar xan özü də həlak oldu. Bundan sonra Sam mirzə özünü I Təhmasibin qarşısında təmizə çıxarmaq üçün bir neçə "qiyam təhrikçisini" edam etdirib başlarını şaha göndərdi.

İskəndər bəy Türkman yazır: "Sam mirzə və Ağzıvar xan, Mirzə Kamranın gəlişinin yaxın olmasından agah olub, qala ətəyindən köç edərək, bir-iki mənzil geri oturdular. Mirzə Kamrana aydın oldu ki, ali mənĢəli Ģahzadə (Sam mirzə) kama yetmiĢ ġah [Təhmasibin] rüxsəti olmadan Qəndəharı zəbt etmək həvəsinə düĢüb. Buna görə də [Mirzə Kamran] o dəstəyə qarĢı müharibə və müdafiə kəmərini bağlayaraq, döyüĢ meydanına üz tutdu. Sam mirzə və Ağzıvar xan yanlarında olan iki-üç min nəfərlə birgə Mirzə Kamranın qarĢısında döyüĢ səfi tərtib etdilər. Tərəflər arasında böyük bir vuruĢma və Ģiddətli bir döyüĢ baĢ verdi. QızılbaĢlar igidlik və mərdlik göstərərək, cağatay ordusunun "cəvanğar"ını və "bəranğar"ını439 tar-mar etdilər. Qaçma-qovma zamanı Ağzıvar xanın atı bir çalaya düĢüb aĢdı və o, atdan yıxıldı. Cağatay ordusundan naməlum bir kəs onun üstünə gəlib, onu əsir tutdu. Onun Ağzıvar xan olduğunu bilən kimi dərhal qətlə yetirdilər. Cağatay ordusu cəsarətləndi, qızılbaĢlar isə ruhdan düĢdülər. Buna görə də Sam mirzə hərb meydanından yüyənini çevirib, Gərmsir tərəfə getdi, əməlindən heyifsiləndi, peĢman oldu və onu Cəmşid məqamlı Ģaha qarĢı müxalif çıxmağa rəğbətləndirmiĢ bir neçə nəfər araqarıĢdıranı orada qətlə yetirib, onların baĢlarını cahanın pənahı olan dərgaha göndərərək, günahının əfv olunmasını xahiĢ etdi. Sam mirzənin məğlubiyyəti və Ağzıvar xanın qətli xəbəri Buxarada Übeyd xana çatdıqda o, əvvəlcə Seydim mirzəni bəzi özbək əmirləri ilə birlikdə beĢ-altı min nəfərlə Xorasana qarətçiliyə göndərdi". [1]

Ağzivər sultan 1534-cü ildə I Təhmasibə qarşı qaldırdığı qiyamda Xülafə sultan Rumlu tərəfindən öldürüldü.

Ailəsi
Ərəb xan Şamlı


Tarix: 14.01.2015 / 17:09 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...