beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərdəbil xanlığı (kitab)

Kitabın mövzusu
Tanınmış jurnalist-yazıçı Ənvər Çingizoğlu “Ərdəbil xanlığı“ adlı monoqrafik kitabı bu günlərdə nəşr olunub.

Kitab XVIII əsr Ərdəbil xanlığının ictimai-siyasi və sosial-iqtisadi hadisələri, onun təşəkkül tarixindən bəhs edir.

Əsərdə Nadir şah Qirxlı-Avşarın (1688-1747) ölümündən sonra güclənən xanlıq yaranma prosesində meydana gələn Ərdəbil xanlığının Azərbaycanın xanlıqlar sistemində özünəməxsus yer tutduğu göstərilir. XVIII yüzilliyin ikinci yarısında yaranmış Ərdəbil xanlığı Quba, Gilan, Lənkəran xanlıqları arasında fasiləsiz mübarizə obyektinə çevrilib. Ərdəbil xanlığı 1797-ci ildən etibarən özünün siyasi müstəqilliyini itirərək Qacarların hakimiyyəti altına düşüb və İranın ucqar əyalətlərindən biri olub. 260 səhifədən ibarət kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru Tofiq Mustafazadədir. Kitabın rəyçiləri, tarix üzrə fəlsəfə doktorları Bəhram Məmmədli, Emil Kərimov, Mahal Qacar və Güntəkin Nəcəflidir.


Tarix: 13.01.2015 / 14:05 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycan xanlıqları