beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göy məscid

Göy məscid 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmriylə[24] tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.

Corc Burnutyan[25] məscidin 1762-1783-cü illərdə, Vladimir M. Arutunyan[26][27] isə 1764-1768-ci illərdə inşa edildiyini bildirir.

Çar dövründə İrəvanda azərbaycanlıların dua etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir; və ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir.

İkinci dünya müharibəsindən sonra Sovet hökümətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məthəfə döndərilmişdir.


Tarix: 13.01.2015 / 13:21 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycan xanlıqları