beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrəvan xanlığı bayraqları

İrəvan xanlığı bayraqları — İrəvan xanlığında istifadə olunmuş döyüş tuğları və bayraqlardır. 1 oktyabr 1827-ci ildə İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi kitabındakı məlumat həmən bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi. 1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarix Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus 1 oktyabr 1827-ci ildə əldə edilən ştandart, digərləri isə ordu hissəsi bayraqlarıdır.


Tarix: 13.01.2015 / 13:26 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycan xanlıqları