beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümündən sonra

Dərvişməhəmməd xanın öldürülməsindən sonra Şah Təhmasib Şəkidə öz adına sikkə vurdurub[20] xütbə oxutdurdu, Şəki ölkəsi Səfəvilər dövlətinin bir subyekti oldu və buranın idarə edilməsi Toygün bəy Qacara tapşırıldı[21].

19-cu əsrə aid Şəkinin yerli mənbəsinə görə Dərvişməhəmməd xanın öldürülməsindən sonra

"Şəki xəlayiqi də istiman (aman istəmək) edib. Şah əfv eləyib, buyruq veribdir, hər kəsə gəlib məqamında sakin olublar. Dərvişməhəmməd xanın oğlu Baği bəy də şah hüzuruna gəlib, şah öldürməyibsə də, xanlıq hökumətini də Bağı bəyə verməyib"[22].

Şah Təhmasib Sultan Süleymana göndərdiyi bir Fəthnamədə isə bu qələbəsini belə şərh etmişdi:

"Cümlə fəthlərin təzəsi Şəkinin istilasıdır ki o yerin valisi ki... Xeybər qalaları kimi qalalara sığınmış idi, qala topunun ... badlic və tüfəng zərbəsinə onların qalasını yerlə yeksan etdirdik ... (və Dərvişməhəmməd xan) iti qılınc zərbəsi ilə qətlə yetirildi"


Tarix: 10.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycan xanlıqları