beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çar Rusiyasının Azərbaycanda həyata keçirdiyi etnik təmizləmə siyasəti

II Rusiya-İran müharibəsi 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində Türkmənçay sülh müqaviləsi imzalanması ilə başa çatır. Bu müqavilənin 15-ci bəndinə əsasən İran dövləti ölkə ərazisində yaşayan erməni mənşəli əhalinin Cənubi Qafqaza hərəkətinə mane olmamalıydi. Nəticədə Osmanlı imperiyasında və İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürülürlər. İlk vaxtlar erməni ailələri əsasən Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana, Göyçəyə və Şamaxıya köçürülür. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdır.

Q.D. Lazarev, İ.F. Paskeviç və s. rus generalları erməniləri daha çox İrəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyil, Osmanlı imperiyası, Gürcü xanlıqları, İranla Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi hər üç dövlətə təzyiq etmək üçün çox gözəl ərazi idi. Buna görə də ermənilər sonradan buraya köçürülməyə başlanır və köçürmə siyasətinin təşkili, planlı şəkildə həyata keçirilməsi üçün erməni mənşəli Bebudovun başçılığı ilə xüsusi komitə yaradılır. 1828-ci ilin fevralından mayına qədər 948 erməni ailəsi İrəvana köçürülmüşdür. Sonralar isə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradılır.


Tarix: 13.01.2015 / 13:24 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Azərbaycan xanlıqları