Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha bir erməni yalanının ifşası

2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu Joreza Xaçaturyan, Lyuba Kirkosyan, Ayka Akopyan və Vardqesa Safaryandan ibarət daha bir qrup işçisini Azərbaycanın işğal olunmuş Şahbulaq yaylağına ezam etdi. Burada onlar Hamlet Petrosyanın qrupu ilə birləşərək Şahbulağın Şimal hissəsində qazıntılara başladılar və qısa bir müddət sonra uydurma "Tiqranakerti" nəhayət ki tapdıqlarını xəbər verdilər. Lakin sonra daha bir biabırçı hadisə baş verdi. Məlum oldu ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər. Ermənilərin çaşqınlığı o yerə çatıb ki, nə etdiklərini unudaraq özlərinin xaç nümunələrini daşların üzərində deyil, alt oturacaqlarına (hörgünün arasına) qoyublar. Bütün bunların şahidi olan beynəlxalq ekspedisiya üzvləri sadəcə olaraq gülərək, qazıntını tərk etmişdilər.

2006-cı ilin yayında böyük sevinclə bütün ermənilər dünyaya yaymağa başladılar ki, Dağlıq Qarabağın Əsgəran rayonu ərazisində qazıntı zamanı guya erməni çarı Böyük Tiqranın (Tiqran mənşəcə hay deyil,parf idi və bəzi tarixçilər parfları türk mənşəli hesab edirlər) yaşadığı şəhərin qalıqları tapılıb. Məlumat mətbuatda getdikdən sonra məlum oldu ki, Ermənistan alimləri ərazini dəyişik salıblar. Sözügedən ərazi Əsgəran rayonu yox, Ağdam rayonunun Şahbulaq yaylağıdır. Bu "tapıntını" toya-bayrama çevirən Ermənistan rəhbərliyi hətta Azərbaycanın Şahbulaq yaylağının adını dəyişərək Tiqranakert adlandırmağa başladı. Halbuki, tarixçilər Tiqranakerti Azərbaycanda deyil, Şərqi Anadoluda lokalizə edirlər. II Tiqranın birdən-birə Qarabağda peyda olması xəbərinin az-çox tarixdən xəbəri olan adamlar nə qədər mənasız olduğunu anlayırlar. II Tiqran nəinki fiziki və coğrafi baxımdan, heç mənəvi baxımdan da Azərbaycanda ola bilməzdi. Ermənilərin öz əlləri ilə viran qoyduqları Ağdam rayonunun Şahbulaq yaylağının xarabalıqları arasında Tiqranı araşdırmaq üçün apardıqları arxeoloji qazıntılar ərazi etibarı ilə "Şahbulaq Qıfılı"" memarlıq abidələri kompleksini əhatə edir. Bu tarixi abidə haqqında məlumat isə çoxdan tarixi mənbə və ədəbiyyatlarda əks olunub. Tarixi mənbələrdə göstərilir ki, "Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 km aralıda indiki Şah bulağı adı ilə məşhur olan bulağın yaxınlığında bir saray kompleksi tikdirməyi qərara alır. Bu saray Qarabağ xanlığının mənzil qərargahı, bir növ istirahət mərkəzi olmalı idi. Çox keçmədi ki, saray kompleksinin tikintisinə başlanıldı və tez bir zamanda yekunlaşdırıldı".

Məqalə Faiq İsmayılovun şəxsi arxivindən götürülüb. O, abidələri Müdafiə Təşkilatı ictimai birliyinin sədridir.


Tarix: 12.01.2015 / 19:23 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Azərbaycan xanlıqları
loading...