beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daxili və xarici siyasət

Heydərqulu xanın ölümündən sonra hakimiyyətə Hacı xan Kəngərli keçdi. Onun dövründə xanlıq xeyli zəiflədi. Hacı xanın oğlu Rəhim xanın hakimiyyəti illərində xanlıqda daxili çəkişmə başlandı. Əliqulu xan, Vəliqulu xan və Abbasqulu xan Kəngərlilərin zamanında xanlıq xeyli zəiflədi. XVIII əsrin 80-ci illərində Xoy xanlığı, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxetiya çarlığı və İran zəifləmiş Naxçıvan xanlığını öz təsirləri altına alamağa çalışırdılar. 1783-cü ildə Xoy xanı Əhməd xan Naxçıvan xanlığını özündən asılı vəziyyətə salaraq orada, öz adamı Cəfərqulu xanı hakim təyin etdi (1783-1787). Əhməd xan Dünbüli 1786-cı ildə öldürüldü [5] və Naxçıvan xanlığı Xoy xanlığının asılılığından çıxaraq yenidən müstəqil oldu. Hakimiyyətə isə (1787) Kəlbəli xan Kəngərli gəldi. 1787-ci ildə Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir Naxçıvana yürüş etdi. Yenicə hakimiyyətə gəlmiş Kəlbəli xan bu hücumun qarşısını ala bildi. Xoy və İrəvan xanlıqları ilə münasibətləri yaxşılaşdıran Kəlbəli xan 1792-ci ildə İbrahim Xəlil xanın ikinci yürüşünü də dəf edə bildi. Lakin İran təhlükəsinə qarşı birgə mübarizə onların arasındakı ziddiyyətləri azaltdı. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın qoşunları Azərbaycana hücum etdi və bu zaman Kəlbəli xan Rusiyaya meyl etdi. Məhz buna görə də Ağa Məhəmməd şah Qacar 1797-ci ildə ikinci dəfə Azərbaycana yürüş edəndə Naxçıvan xanlığını işğal edib, onu özündən asılı vəziyyətə saldı. Ağa Məhəmməd şah Qacar Kəlbəli xanı həbs etdirib onun bir gözünü çıxartdırdı. Hakimiyyətə isə Kəlbəli xanın qardaşı Abbasqulu xanı (1797-1801) gətirdi. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra (1797) Kəlbəli xan İrandan qaçıb Naxçıvana gəldi


Tarix: 12.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycan xanlıqları