beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrəvan qalası Tarixi

Çuxursəəd ərazisində üç qala olmuşdur. Onlardan biri 1583-cü ildə Çuxursəəd vilayətinin müvəqqəti olaraq Osmanlı imperiyası tərkibində olduğu zaman Fərhad Paşa tərəfindən Zəngi çayının sahilində inşa etdirilmişdir. Bu qala eyni zamanda Fərhad Paşa qalası da adlanmışdır.

İkinci bir qala Fərhad Paşa qalasının yaxınlığında yerləşib. İsgəndər Münşinin verdiyi məlumata görə bu qalanın əsası 1605-ci ildə Naxçıvan hakimi Molla Abdulbagi tərəfindən qoyulmuşdu.

Üçüncü və əsas qalanın inşası isə Azərbaycan və İran şahənşahı Şah İsmayıl Xətainin sifarişi ilə vəziri Rəvanqulu xan tərəfindən 1504 - cü ildə başlamış və inşa işləri 1511-ci ildə tamamlanmışdır.

Türk səyyah və tarixçisi Övliya Çələbi İrəvan qalasının inşası haqqında yazır:

"Hicri 915 - ci ildə (miladı 1510-1511) Şah İsmayıl Səfəvi öz vəziri Rəvanqulu xana Zəngi çayı sahilində qala inşa etməyi tapşırdı. Həmin qalanın inşası yeddi ildən sonra tamamlandı."

Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalada 800 ev var idi, qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədiylə gəlir, gecələr isə onu tərk edirdilər.

11 aprel 1635 - ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını alımışlar. İrəvan qalası 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I Şah Abbas tərəfindən tutulmuş və İrəvanın idarəçiliyi Əmirgün xan Qacara verilmişdi. Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçmişdir.


Tarix: 13.01.2015 / 13:17 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycan xanlıqları