beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ xanlığı

Qarabağ xanlığı — 1747-1805-ci illər arasında[1] müasir müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş, Qacar xanədanının hegemoniyası altında[2], de-fakto müstəqil[3][4][5][6][7] türk[3][8] feodal dövləti, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir. İbrahimxəlil xan ilə Rusiya generalı Sisianovun arasında imzalanmış Kürəkçay müqaviləsinə görə Rusiya İmperiyasının tərkibinə keçmişdir[9][10]. İran və Rusiya arasında imzalanmış Gülüstan (1813) və Türkmənçay müqavilələri (1828) nəticəsində Qacar dövləti buranın Rusiyaya birləşməsinə razılıq vermişdir. Rusiya İmperiyasının Xəzər vilayətinin, daha sonra Yelizavetpol quberniyasının tərkibində olmuşdur.


Tarix: 12.01.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 14 Bölmə: Azərbaycan xanlıqları