beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərvənəq mahalı

Qısa bilgi
Sahəsi -
Əhalisi - Türklər
Yaranması — 1747-ci il
Mərkəzi— Şəbüstər qəsəbəsi
Sərhədləri —
Tarixi
Bu mahala tarixi ədəbiyyatda bəzən Güney mahalı da deyilir.

Ərvənəq mahalı Təbrizin qərbində, üç fərsəng (21 kilometr) məsafədə yerləşir. Orada 30 kənd var idi. Onların əksəriyyəti o qədər böyük idi ki, hər biri qəsəbəyə (Sis, Şəbistər, Ayqan [1], Kuzekonan, Sofiyan) oxşayırdı. Maraqlıdır ki, Həmdullah Qəzvini qəsəbə adlandırdığı həmin yerləri Rəşidəddin «qəryə» kimi qeyd etmiĢdir. Bundan da belə bir nəticəyə gəlmək olar ki, bəhs etdiyimiz dövrdə «qəryə» müasir qəsəbəni, «deh» isə kəndi xatırladır. Qəryə kənddən xeyli böyük idi. Həmin mahalda Rəşidəddin bir sıra qəryələrin, o cümlədən ġalcan, Nəbəst, Kafir, Məlik, ġindabad, Kuşək, Radiyan adını çəkmişdir. Bu mahalda Gedənciq kəndinin adını da qeyd etmişdir [2].

Başqa qaynaqlarda yazılır: "Ərvnəq mahalı şəhərin qərbindədir. Başlanğıcı şəhərin üç fərsəxliyindədir, on beş fərsəxliyində qurtarır. Sahəsi beş fərsəxdir. Məhsuldar mahaldır. Təbrizdə olan dənli bitkilər, üzüm, meyvələrin ən məhsuldar yeri buradır. Otuz kəndi vardır və bunların əksəriyyəti böyük qəsəbəyə bənzəyir. Sis, Nist, Şəbüstər, Kuzəkonan və Dayğan, Sufiyan və qeyri".


Tarix: 13.01.2015 / 02:04 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycan xanlıqları