beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ xanlığı Tarixi

Qarabağ xanlığı Səfəvilər imperiyasının süqutundan sonra hakimiyyətə keçən Nadir şahın (Nadir hakimiyyətə gələndə xan idi, yalnız hakimiyyətə keçəndən sonra özünü şah elan etmişdir.) öldürülməsi nəticəsində XVIII ortalarında yaranmış xanlıqlardan biridir. Qarabağ xanlığının əsasının Pənahəli bəy (1748-1763) 1748-ci ildə qoymuş və özünü xan elan etmişdir. Xanlıq Araz və Kür çayları arasındakı ərazidə yerləşirdi. Qarabağ xanlığı İrəvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı, Qaradağ xanlığı, Cavad xanlığı və Şamaxı xanlığı ilə həmsərhəd idi.

Pənahəli xan xanlığın əsasını qoyandan sonra müdafiə işlərini gücləndirmək üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, 1751-ci ildə Tərnəkütdə Şahbulaq qalasını tikdirdi. III qala Şuşa qalası oldu. Şuşa əlçatmaz dağlarda yerləşib. Lakin monqolların yürüşlərindən (XIII əsr) sonra dağılmış və Pənahəli xan tərəfindən bərpa edilmişdir. Tədricən Şuşa qalası Qarabağ xanlığının iqtisadi, siyasi paytaxtına çevrilimişdir.

Pənahəəli xanın yeritdiyi düzgün siyasət nəticəsində qonşu xanlıqlar və xanlığın tərkibində olan məliklər Pənahəli xana yaxınlaşmışlar. Buna görə də Urmiyalı Fətəli xan Araşlı-Avşar, Məhəmmədhəsən xan Qovanlı-Qacar Qarabağ xanlığına hücüm etmişdilər. Xanlığı yalnız Fətəli xan tabe etdirə bilsə də Kərim xan Zəndin Fətəli xana müharibə elan etməsi Qarabağ xanlığının asılıqdan qurtarmasına səbəb oldu.

Lakin Kərim xan Zənddə Fətəli xanı məğlub edib Urmiyanı tutduqdan sonra Qarabağ xanlığını tabe etdirib onun idarəsinin Pənahəli xanın oğlu İbrahimə tapşırmış, Pənahəli xanı isə Şiraz qonaqlığına aparmışdır. Bununla da Qarabağ xanlığına böyük zərbə vurulmuşdur. Hakimiyyəti ələ almaq istəyən İbrahim atasının xan təyin etdiyi qardaşı Mehrəli bəylə mübarizəyə başlayır. Mübarizədə İbrahim qalib gəlir. 1780-ci illərdə məliklər yenidən mübarizəyə başlayırlar. Lakin İbrahim xan onların hamısını Şuşaya toplayıb Qarabağ xanlıqlarına etdikləri xəyanətə görə həbs etdi.

XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycan xanlıqlarını işğalından sonra Rusiya Azərbaycan xanlıqlarının "qorumaq" üçün İrana müharibə elan etdi. Rus ordusu Qarabağ xanlığını 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsi ilə öz əsarəti altına keçirtdi. Beləliklə 1748-ci ildə yaranmış Qarabağ xanlığı 1805-ci ildə süqut etdi. Rusiya ilə İran arasında müharibənin I mərhələsi 1813-cü il oktyabrın 12-də Gülüstan sülhü ilə başa çatdı. Müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqları müstəsna olmaqla Şimali xanlıqları Rusiyanın əsarətinə verldi.


Tarix: 12.01.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycan xanlıqları