beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dizaq mahalı Tarixi

Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. [1] Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir. Tarixçi Mirzə Yusif Qarabaği Xəmsə mahallarından danışarkən Dizağı birinci qeyd edir və sınırlarını özü bildiyi kimi cızır. О, yazır: «Birinci Dizaq mahalıdır ki, uzunu Həkəri çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat (Ziyarət) dağına kimidir» [2]. Əslində mahalın ərazisi tarixçinin göstərdiyindən bir az qısıq idi. Dizaq mahalı güneydən Xırdapara-Dizaq, günbatandan Dizaq-Cəbrayıllı, quzeydən Vərəndə və gündоğandan Cavanşir-Dizaq mahalları ilə çevrələnirdi.

Dizaq mahalının baş kəndi Tuğ şenliyi idi. Bu mahala Füzuli bölgəsinin Hоğa (Üçbulaq), Cuvarlı, Xələfşə, Rəfəddinli, Arış, Şıxımlı, Gavşatlı kəndləri bağlı idi.

23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var.


Tarix: 12.01.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Azərbaycan xanlıqları