beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Əliyarlı

Süleyman Sərdar oğlu Əliyarlı (1930–2014) — Tarix elmləri doktoru, professor
Həyatı
18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954 də "Fərqlənmə diplomu" ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır.

May 1978-iyul 2001 illər kəsimində, yəni 23 il həmin kafedraya başçılıq etmişdir. Elmi işimi hər zaman konyukturadan uzaq tutmağa çalışıb 1969 tarixində Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini bəyan etmiş və nəticədə sovet rejiminin təqiblərinə məruz qalmışdır 1983-84 illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq bir sıra elmi əsərlər çap etdirmiş, buna görə də Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşmişdir.

1989-2000 illərdə Azərbaycan Respublikası Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq etmiş; 1992-2001 illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1990 da "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülüb. 2000 ildə "Türk və Türkiye tarihi ile ilgili değerli araştırmalarından dolayı" Türk Tarix Kurumu Şərəf Üyəsi (fəxri üzvü) seçilib Adı çəkilən Türk Tarix Kurumu və Center For Balkan Turkology Researches kimi beynəlxalq elmi təşkilatlar ilə elmi əməkdaşlıq etmişdir.

Türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər (The Turks)" (Ankara, 2002) adlı ensiklopedik əsərin Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biridir

Təhsili və Elmi Dərəcə və Elmi Adları
1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir. O, 1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır, 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəsəcini almışdır.

Əmək Fəaliyyəti
Azərbaycan EA Tarix İnstitutu və Bakı Dövlət Universiteti 1959-cu ildən Bakı Dövlət Universitetinin Tarix fakultəsində "Azərbaycan tarixi ", (ümumi kurs) və magistraturada ixtisas kursları: "Türk epik abidələri tarixi mənbə kimi" və "Azərbaycan türklərinin etnogenezisi" və s. üzrə mühazirələr oxumuşdur. 150-dən çox elmi məqalə 7 monoqrafiya 8 kitab müəllifidir 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib

Tədqiqat Sahəsi
Azərbaycan və əski Türk tarixində epik abidələr və etnogenezis problemi ürzə beynlxalq seminar, simpozium və konfranslarda iştiraketmişdir: XI, XII, XIII, XIV, XV Türk Tarix konqresləri (1990, 1994, 1999, 2002, 2006); I türk Dünyası Tarix Konqresi (New York, 1992); III Uluslararası Atatürk Sempozyumu (Gazi Maqusa, Kuzey Kıbrıs Türk Cumhuriyeti, 1995); Uluslararası Dede Korkut konfransı (Konya 1998); "Türk Xalqlarının ədəbi keçmişi" Uluslararası sempozyum (Kafkas Universiteti, 2004); IV Uluslararası Güney-Doğu Avrupa Türkolojisi sempozyumu (Prizren-Kosovo, 2007) və onlarca başqaları

SEÇİLMİŞ ƏSƏRLƏRİ
Korkut kitabı ve eski Türk Tarihi (Atilla tarihinin izleri)-"Türk Dastanlari..." kitabında, Kafkas Universitesi, Bakı, 2004. M.Ə.Rəsulzadə və tarix-"M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar" kitabında, Xəzər Universitesi, 2004. M.E. Resulzade tarihsel bakışları ile: bir kez daha türklük davası üzerine –XV Türk Tarih Konqresi Bildiri özetleri, TTK Yayınevi, Ankara 2006. Prof. Dr. Osman F.Sertkaya, Dede Korkut Kitabı (Metnin Transkripsionu ve Açıklama notları) kitabı haqqında- "Türkiyat Araştırmaları Dergisi", sayı 21, Konya,2007 Etnogenezis və sonuncu çoxcildli akademik nəşr "Tarix və onun probleməri", №3 əlavə, Bakı, 2007 M.Emin Resulzade gözüyle Türklük Davasi –"TDAV Tarih Dergisi", sayı 252, istanbul, 2007

KİTABLAR
Монополистический капитал в нефтяной промышленности России. 1914-1917. Документы, материалы. "Наука", Ленинград, 1973 (коллектив); Нефтяные монополии в Азербайджане в период первый мировой войны. АТУ, Баку, 1974 К проблеме этногенеза азербайджанского народа. "Элм" АН Азерб., Баку, 1984 (коллектив) Azərbaycan tarixi üzrə qaynaqlar. ADU nəşr., Bakı, 1989, 2-ci nəşri 2007, 500 səh Bergland Karabagh/ Utopien und Wahrheiten, Ankara, 1989 Azərbaycan tarixi Uzaq keçmişdən 1870-ci illərə qədər. "Azərbaycan" nəşr, Bakı, 1996, 870 səh. (müəlliflər heyəti və elmi redaktor); Transcancasian Boundaries. Edited bu John F.R. Wright, Suzanne Goldenberg, Ricard Schofield. Geopolitics and International Boundaries Research Centre School of oriental and African Studies University of London, 1996 (chapter VI);


Tarix: 11.02.2015 / 13:32 Müəllif: Feriska Baxılıb: 269 Bölmə: Azərbaycan tarixçiləri