beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artur Mkrtçyan

Həyatı
Artur Mkrtçyan Dağlıq Qarabağın Hadrut qəsəbəsində 1959-cu ildə doğulub. 1981-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982-ci ildə Moskvada Regionşunaslıq və Etnoqrafiya İnstitutunda aspirantura təhsilinə başlayıb. 1986-cı ildə İrəvana qayıdaraq orada Etnoqrafiya və Regionşunaslıq muzeyində işləyib. Daha sonra Qarabağa qayıdaraq Hadrut regionşünaslıq muzeyində işləyib. 1988-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi olub. Dağlıq Qarabağ Ali Sovetinin ilk çağırışdan deputatı seçilib. Qarabağ müharibəsi dövründə Dağlıq Qarabağ Respublikası Ali sovetinin sədri olub.

1992-ci aprelin 14-də öz evində naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Rusiya mətbuatı və Ermənistanın Moskvadakı nümayəndəliyi ilkin olaraq Mkrtçanın Azərbaycan xüsusi xidmət orqanları tərəfindən öldürüldüyünü bildirsə də, rəsmi versiyaya əsasən Mkrtçyan silahla ehtiyatsız davranma nəticəsində ölüb. İndiyədək bu versiyaların heç biri sübuta yetirilməyib. Mkrtçyanın ölümündən sonra Rusiya, Fransa və ABŞ prezidentləri qondarma Dağlıq Qarabağ Respublikası rəhbərliyinə başsağlığı veriblər.


Tarix: 27.01.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycanın müharibələri‎