beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəqani Məcnunov

Xəqani Vaqif oğlu Məcnunov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Məcnunov Xəqani Vaqif oğlu 1974-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1981-ci ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1991-ci ildə həmin məktəbi qurtarıb. 1992-ci ildə milli ordumuzun tərkibində bir çox döyüşlərdə iştirak edib.

Xidmət etdiyi batalyon dağıldığına görə 1993-cü ilin oktyabrında evə qayıdıb. 1993-cü il dekabr ayının 24-də məskunlaşdıqları Qəbələ rayonundan çıxıb Şəki rayonunun Baş Göynük kəndinin ərazisində məskunlaşan əmisi evinə gedib.

28 dekabr 1993-cü ildə oradan döyüşə yollanıb və həmin gün Ağdam rayonunun Salahlı Kəngərlisi istiqamətində gedən döyüşdə əsir düşüb.


Tarix: 27.01.2015 / 14:52 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanın müharibələri‎