beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İldırım xan və Çərkəz bəy qardaşları

Həyatları
İldırım xan və Çərkəz bəy qardaşları soykökü etibarilə Kəbirli tayfasının Seyidli oymağındandırlar. Qarabağ xanlığının qurucusu Pənahəli xan rəqiblərinə qarşı mübarizədə arxalandığı, etibar edə biləcəyi bir neçə tayfa və bu tayfaların oymaqlarından çıxmış qoçaq insanları olmuşdur. Qarabağa aid yazılan salnamələrə görə, Cavanşir, Otuziki, Kəbirli və başqa tayfalar hər zaman Pənahəli xana sədaqətli olmuşlar. Seyidli oymağının əhalisi də Pənahəli xanın güvəndiyi igid, mərd insanlar sırasında idi. Seyidli oymağında tarixi şəxsiyyətləri ilə tanınan müxtətif nəsillər yaşamışlar. Bu nəsillər Qarabağın ictimai həyatında aparıcı rol oynayan insanları ilə tanınmışdır. İldırım xan və Çərkəz bəy qardaşları ata tərəfdən Şərifli soyuna, ana tərəfdən Qazılı soyuna mənsubdurlar. Ataları Qasım bəy Şərif bəy oğlu Qarabağın hörmətli insanlarından olmuş, gənc yaşlarında dünyasını dəyişmişdir. Anaları Mənzər xanım Məhəmmədalı bəy qızı zəmanəsinin oxumuş, savadlı xanımlarından idi. O, Xurşidbanu Natəvanın yaxın rəfiqələrindən sayılırdı. [2]

İldırım xan və Çərkəz bəy qardaşları ilk təhsillərini yaxın qohumu Seyid Həşim Seyid Qara Məhəmməd oğlundan almışlar. İldırım xan və Çərkəz bəy qardaşlarının adları Qarabağa aid yazılan tarixi əsərlərdə xüsusi ilə qeyd olunur. Hər iki qardaş Qarabağın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamış şəxsiyyətlərdirlər. İldırım xan və Çərkəz bəy qardaşları Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən sayılırdılar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Azərbaycanın qəhrəmanlıq tarixində silinməz iz qoymuş İldırım xan və Çərkəz bəy qardaşları dövrlərinin cəsarətli, qoçaq, qeyrətli insanları kimi xatırlanırlar. İldırım xan və Çərkəz bəy öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Daha doğrusu, erməniləri himayə edən çarizmə qarşı döyüşmüşlər. İldırım xan İranda Səttarxan hərəkatında iştirak etdiyi üçün xan tituluna layiq görülmüşdür. Səttarxan hərəkatına aid tədqiqat əsərlərində İldırım xanın adına da təsadüf edilir.[3]

Həyatları boyu silahlı mübarizələrdə, döyüşlərdə iştirak etmiş bu qardaşlar faciələrlə dolu ömür yaşamışlar. İldırım xan və Çərkəz bəy qardaşları 20-ci illərin sonlarında vəfat etmişlər. Hər ikisinin məzarı Seyidlinin Qaracı qəbiristanlığındadır.


Tarix: 23.01.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycanın müharibələri‎