beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eyvaz Hüseynov

Həyatı
Hüseynov Eyvaz Mövsüm oğlu 15 fevral 1959-cu ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. 1976-cı ildə Xocavənd rayonunun Kuropatkin kənd orta məktəbini bitirib.

1976-1981-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Həmin institutun Elektron hesablayıcı maşınları fakültəsini bitirərək, mühəndis–sistemotexnik ixtisasına yiyələnib. Bakı radio zavodunda mühəndis, Xocavənd rayonu Muğanlı kənd Səməd Vurğun adına kolxozda baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaradıb, həmin dəstənin komandiri olub. Torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanıb.Rəhbərlik etdiyi Xocavənd batalyonu dəfələrlə düşmənə zərbələr vurub.Xocavənd istiqamətində bütün döyüş əməliyyatlarına birbaşa rəhbərlik edib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azrbaycanlı İcması İctimai Birliyinin İdarə heyətinin üzvü, VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse–prezidentidir.

Yeni Azərbaycan partiyasının üzvüdür.

2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.


Tarix: 26.01.2015 / 18:39 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycanın müharibələri‎