beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavanşir Nağıyev

Cavanşir Nağıyev - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Nağıyev Cavanşir İsmayıl oğlu 1960-cı ildə Laçın şəhərində anadan olmuşdur.

Laçın şəhər 1№-li orta məktəbi bitirmiş və 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

Sonra isə Bakı Sovet Ticarət Texnikumunu bitirmiş, 1983-cü ildən 27№-li Laçın şəhər ərzaq mağazasında müdir-satıcı işləmişdir.

1992-ci il may ayıda Laçın rayonunun işğalından sonra könüllü olaraq ordu sıralarına daxil olmuşdur.

Rayonun cənub kəndləri uğrunda gedən döyeşlərdə iştirak etmişdir.

1992-ci il iyulun 30-da Suarası kəndi uğrunda gedən döyüşlərdə şəhid olubdur.

Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunubdur.

Ailəli idi, bir övladı yadigar qalıb.


Tarix: 26.01.2015 / 18:27 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanın müharibələri‎