beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almara Nəbiyeva

Həyatı
Nəbiyeva Almara Vəzir qızı 1963-ci il aprelin 5-də Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. 1970-ci ildə Ağdam rayon Gülablı kənd orta məktəbinə getmiş, 1980-ci ildə həmin orta məktəbi bitirmişdir. 1981-1982-ci illərdə Ağdam şəhəri 70 №-li texniki peşə məktəbində təhsil alıb. 1983-1987-ci illərdə Ağdam rayonu Gülablı sanatoriyasında işləyib.

1991-ci ildə BDU-nun filologiya fakültəsinə qəbul olmuş, 1997-ci ildə universiteti bitirmişdir.

1999-2008-ci illərdə AMEA-nın müxbir üzvü, professor A.M.Nəbiyevin elmi rəhbərliyi altında folklorşünaslıq ixtisası üzrə “Müasir dövr aşıq yaradıcılığı (Qarabağ aşıq mühiti materialları əsasında)” namizədlik dissertasiya mövzusu üzərində işləmiş, 10 oktyabr 2012-ci ildə dissertasiya işini AMEA-nın Folklor İnstitutunun Müdafiə Şürasında müdafiə etmişdir.

1999-2004-cü illərdə Folklor kafedrasının dissertantı olan Almara Nəbiyeva həmçinin 1990-1995-ci illərdə BDU-nun fizika fakultəsinin “Ümumi fizika” kafedrasında baş laborant preparatoru, 1995-1997-ci illərdə BDU-nun Folklor kafedrasında laborant, 1995-2012-ci illərdə BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında laborant, 1997-2012-ci illərdə baş laborant, 1997-2008-ci illərdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində çalışmışdır.

1 sentyabr 2012-ci ildən BDU-nun “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasında elmi işçisi kimi fəaliyyət göstərir.

Ailəlidir. Bir övladı var.


Tarix: 22.01.2015 / 19:32 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Azərbaycanın müharibələri‎