beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəlil Həsənov

Həyatı
25 iyun 1979-cu ildə Laçın rayonunun Daşlı kəndində doğulmuşdur[1]. 1986-cı ildə Daşlı kənd orta məktəbinə getmişdir. Laçın rayonunun işğalından sonra ailəsi ilə birlikdə Qobustan rayonunun Hilmilli kəndində məskunlaşmışdır. 1997-ci ildə Qobustan rayonunun Hilmilli kənd orta məktəbini bitirmişdir.

1998-ci ildən Dövlət Sərhəd qoşunlarında xidmət etmişdir. 1999-cu il avqustun 20-də «N» saylı sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədinin pozulmasının qarşısını alarkən həlak olmuşdur.

Qobustan rayonunun Hilmilli kəndində dəfn edilmişdir. Subay idi.

Təltifi
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2001-ci il tarixli 560 saylı fərmanı ilə Azərbaycan Respublikasının dövlət sərhədlərinin qorunmasında müqəddəs əsgəri və xidməti borcunu yerinə yetirərkən fərqləndiyinə görə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd qoşunlarının hərbi qulluqçusu, sıravi Həsənov Xəlil Qədir oğlu (ölümündən sonra) “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

17 noyabr 2002-ci il tarixdə Bakının Sabunçu rayonu ərazisində yerləşən Laçın rayonunun 3 №li tam orta məktəbinə Həsənov Xəlil Qədir oğlunun adı verilmişdir. Məktəbin həyətində Xəlilin xatirəsini əbədiləşdirən memorial lövhə qoyulmuşdur.


Tarix: 27.01.2015 / 14:51 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanın müharibələri‎