beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəxrəddin Şahbazov

Həyatı
Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.

Döyüşlərdə iştirakı
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər.

Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə ututdular. Vertolyot yerə düşərək parçalandı bütün heyət həlak oldu, şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi. Ermənilər onların cəsədlərini təhqir etməkdən belə çəkinmədilər.

Ailəsi
Ailəli idi, iki övladı qalıb.

Xatirəsi
Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.


Tarix: 26.01.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Azərbaycanın müharibələri‎